Minsk qrupu: “Yüksək səviyyədə danışıqlar razılığı var”
Bizi izləyin

Nida.az

Minsk qrupu: “Yüksək səviyyədə danışıqlar razılığı var”

Minsk qrupu: “Yüksək səviyyədə danışıqlar razılığı var”

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıqlarının yekunları barədə açıqlama yayıb. “

Turan”ın məlumata görə, açıqlamada deyilir: “Həmsədrlər fevralın 22-dən martın 11-dək Parisdə və Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşlər keçiriblər. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin 2013-cü ilin noyabrında Vyanada keçirilən görüşündə qaldırılan məsələləri razılaşdırmaq üçün nazirlərlə işi davam etdirəcəklər.

Nazirlər həll olunmamış məsələləri nizamlamaq və prosesi irəlilətmək istəyində olduqlarını bir daha bildiriblər. Onlar əməkdaşlığın davamının əhəmiyyətini vurğulayıblar və sülh prosesinin irəliləyişi üçün yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəliblər.

Həmsədrlər növbəti ayda regiona səfər etməyi planlaşdırırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm