Müsavat, REAL və NİDA razılaşdı - SEÇKİ
Bizi izləyin

Nida.az

Müsavat, REAL və NİDA razılaşdı - SEÇKİ

Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, REAL və NİDA Vətəndaş Hərəkatları seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib.


Publika.az xəbər verir ki, bununla bağlı bir neçə görüş keçirilib və seçkilərdə əməkdaşlığın formaları haqda müzakirələr davam etdirilib.


“Parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, dairələr üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər. Tərəflər seçki günü birgə müşahidənin təşkili, seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəlirlər” - deyə bəyanatda bildirilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm