Erməni təxribatı İspan mətbuatında
Bizi izləyin

Nida.az

Erməni təxribatı İspan mətbuatında

İspaniyanın bir neçə xəbər portalı EFE Agentliyinə istinadla Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr haqqında xəbərlər yayıblar.

Xəbərlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla bildirilir ki, cəbhə xəttində vəziyyət gərgin olaraq qalmaqdadır. Son həftə ərzində Ermənistan tərəfi atəşkəsi 834 dəfə pozub. Cavab atəşi açan Azərbaycan Ordusu tərəfindən 7 erməni hərbçisi öldürülüb, xeyli sayda yaralı var.

Baş verən son hadisələr haqqında xəbərlərin ardından Dağlıq Qarabağ münaqişəsinin tarixi xatırladılır və Ermənistanın Azərbaycan Respublikasının ərazisinin bir hissəsini işğal etməsi faktı qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm