İlham Əliyev Fransa və Almaniyanın keçmiş rəhbərlərini qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Fransa və Almaniyanın keçmiş rəhbərlərini qəbul edib

İlham Əliyev Fransanın keçmiş Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Fransa Respublikasının keçmiş baş naziri Dominik de Villpeni qəbul edib.

Keçmiş Baş nazir Dominik de Villpen ölkəmizin əldə etdiyi yüksək iqtisadi inkişaf tempinə görə Prezident İlham Əliyevi təbrik etdi. Azərbaycandakı iqtisadi artıma toxunan fransalı qonaq bu cür əhəmiyyətli nəticələrin Avropada da olmasını arzu etdiklərini vurğuladı. O, Şərq ilə Qərb arasında körpü rolunu oynayan, dünyəvi dəyərləri cəmiyyət üçün prioritet hesab edən Azərbaycanın regiondakı rolunu xüsusi qeyd etdi. Dominik de Villpen ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Prezident Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə yanaşı, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verildiyini bildirib. Fransanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu dedi. İqtisadi sahədə əlaqələrin inkişafına toxunan Prezident əməkdaşlığımızın bu istiqamətdə daha da genişləndirilməsi üçün də qarşılıqlı marağın olduğunu bildirib.

Prezident Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröderi də qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin inkişafı, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının rolu vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm