Azərbaycan Ordusu dünyanın ən güclüləri SİYAHISINDA
Bizi izləyin

Nida.az

Azərbaycan Ordusu dünyanın ən güclüləri SİYAHISINDA

Hərbi yeniliklər üzrə ixtisaslaşan Amerikanın “Global Firepower” portalı dünyanın ən güclü ordularının növbəti reytinq siyahısını dərc edib.

Publika.az xəbər verir ki, reytinq siyahısında dövlətlərin nüvə potensialı, orduların hərbi büdcəsi, şəxsi heyətin sayı, hərbi texnikanın miqdarı, ehtiyat qüvvənin sayı və digər amillər nəzərə alınıb.

Əmsalların ümumi analizinə əsaslanan “Global Firepower” reytinq siyahısını hazırlayıb. Siyahıda 126 dövlət yer alıb.

ABŞ, Rusiya və Çinin orduları “Global Firepower”in hazırladığı reytinq siyahısının ilk üçlüyündə qərarlaşıb. İsrail ordusunu təhlil edən mütəxəssislər onu reytinqdə 11-ci sırada yerləşdiriblər. Hazırda müharibə vəziyyətində olan Ukrayna ordusu 25-ci yerdə – İsveç və Sinqapur ordularının arasında yerləşib. Siyahıda Belarus ordusu 45-ci yerdədir.

NATO-ya daxil olan dövlətlərin arasında ən zəif orduya Estoniya sahibdir. Estoniya 108-ci yerdədir. Somali 126 dövlət arasında ən zəif orduya sahibdir.

“Global Firepower”in mütəxəssislərinin fikrincə, Cənubi Qafqazda ən güclü orduya Azərbaycan sahibdir. Azərbaycan siyahıda döyüş gücünə görə 63-cü yerdədir. Gürcüstan 75-ci, Ermənistan isə 74-cü yerdədir. Azərbaycanın digər qonşuları olan Türkiyə 10-cu, İran isə 23-cü yerdə qərarlaşıb.

1. ABŞ – 0,1661
2. Rusiya 0,1865
3. Çin – 2,315
4. Hindistan – 0,2695
5. Böyük Britaniya – 0,2743
6. Fransa – 0,3065
7. Cənubi Koreya – 0,3098
8. Almaniya – 0,3065
9. Yaponiya – 0,3838
10. Türkiyə - 0,4335
11. İsrail – 0,4974
12. İndoneziya – 0,5231
13. Avstraliya – 0,5281
14. Kanada – 0,5625
15. Tayvan – 0,5671
16. İtaliya – 0,5735
17. Pakistan – 0,6122
18. Misir – 0,6214
19. Polşa – 0,6688
20. Tailand – 0,6833
23. İran – 0,7619
25. Ukrayna – 0,8214
35. Malayziya – 0,9612
45. Belarus – 1,1917
47. Argentina – 1,2364
54. Özbəkistan – 1,2989
62. Venesuela – 1,5172
63. Azərbaycan – 1,5211
71. Küveyt – 1,7336
79. Yəmən – 1,9271
86. Livan – 2,2241
106. Paraqvay – 2,6167
112. İraq – 2,8583
122. Liviya – 3,5828
126. Somali – 5,7116

“Global Firepower” qeyd edir ki, Rusiya ordusu tankların sayına görə liderliyi saxlayır. Portal bildirir ki, Rusiya ordusunda 15,3 mindən çox tank var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm