Azərbaycanlı gəncdən Türkiyə baş qərargah rəisinə ŞOK MÜRACİƏT: “Məni orduya alın” - FOTO
Bizi izləyin

Nida.az

Azərbaycanlı gəncdən Türkiyə baş qərargah rəisinə ŞOK MÜRACİƏT: “Məni orduya alın” - FOTO

Azərbaycan vətəndaşı Əmrah Qəribov Türkiyə Baş qərargah rəisi Hulisi Akara müraciət edib.


Publika.az xəbər verir ki, azərbaycanlı gənc H.Akara müraciətində Türkiyə ordusunda PKK-ya qarşı döyüşmək istədiyini, onun Türkiyə Silahlı Qüvvələri sırasına qəbul edilməsini arzuladığını açıqlayıb.


Onun müraciətində deyilir: “Türkiyə Silahlı Qüvvələri Baş qərargah rəisinə.


Mən Azərbaycan vətəndaşıyam. 1994-95-ci illərdə Bakıda türk zabitləri tərəfindən hərbi təlimlər almışam. Hərbi hazırlığım yüksəkdir. Hazırkı vəziyyətdə terror hadisələrinin artması və şəhid xəbərlərinin gəlməsinə dözə bilmirəm. Sizdən xahiş edirəm ki, məni orduya alın. Qanunlar imkan verməsə belə, bir neçə günlüyə əsgər olmaq istəyirəm. Düşmənlərimiz görsünlər ki, Türkiyə tək deyil. Həm də bütün dünya bunu hiss etməlidir. Azərbaycan xalqı bunu hiss etməlidir. Hər kəs xainləri lənətləyir. Hər evdə bu hadisələr müzakirə olunur. Xahiş edirəm, müraciətimi qəbul edin və məni orduya daxil edin”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm