Corc Soros Azərbaycana qarşı: kampaniya yenidən başlayır
Bizi izləyin

Nida.az

Corc Soros Azərbaycana qarşı: kampaniya yenidən başlayır

Milyarder Corc Sorosa bağlı “Eurasianet” saytında Azərbaycana qarşı yeni hücumlar başlayıb.


Publika.az xəbər verir ki, saytda “Azərbaycan: sanksiyaların tətbiqi üçün düşünməyin vaxtı çatıb?” başlığı ilə yayılan məqalədə ABŞ və Avropa Birliyinin Azərbaycana siyasi və iqtisadi sanksiyaların tətbiq edilməsinin vacibliyi fikri önə çəkilir. Sayt buna əsas kimi “Azadlıq radiosu”nun əməkdaşı Xədicə İsmayılın həbs olunmasını göstərir.


Məqalədə iddia olunur ki, Qərb Azərbaycan hökumətinə indiyə qədər enerji ehtiyatlarına görə təzyiq göstərməyib. İranla razılığın əldə olunması isə Azərbaycanın əhəmiyyətini azaldır və bu ölkənin məmurlarına qarşı sanksiyaların tətbiqinin vaxtı yetişib.


Qeyd edək ki, Corc Sorosa bağlı olan saytın fəaliyyəti ümumilikdə post-sovet ölkələrinə qarşı qurulub və materiallarının 70 faizi anti-Azərbaycan mövqedədir. Saytda Ermənistan haqqında çox az informasiyalara rast gəlmək olar. Misal üçün, sonuncu dəfə Sorosun saytı Ermənistana “elektromaydan” hadisələri zamanı yer ayırıb və məqalədə hökumətin tənqidi yumşaq formada təşkil olunub.

Azərbaycanla bağlı isə ən qatı və sərt formada tənqidlər, əksər hallarda ittihamlar səsləndirilir. Maraqlıdır ki, bütün bu məqalələrdə tənqid olunan Azərbaycan hökumətinin mövqeyinə yer verilmir. Halbuki Qərb mediasında balansın qorunması ən vacib məqamdır.


Corc Sorosun anti-Azərbaycan mövqeyi təəccüblü deyil. Milyarder və dünyada “xaosun banisi” adını alan bu şəxs bəzən açıq, bəzən də maliyyələşdirildiyi təşkilatlar tərəfindən Bakını hədəfə alır. Amnesty International, Human Rights Watch, Free Press, Mercy Corps, Beynəlxalq Böhran Qrupu, Freedom House kimi təşkilatların adı Azərbaycana yad deyil. Əsas fəaliyyəti anti-Azərbaycan mövqeyi üzərində quran təşkilatların maliyyəsini məhz Corc Soros təmin edir.

Məşhur milyarderin özü və maliyyələşdirildiyi təşkilatlar tərəfindən I Avropa Oyunları öncəsi və sonrası həyata keçirilən anti-Azərbaycan kampaniyasının tarixi uzaqda deyil. Misal üçün, həmin ərəfədə Avropadan İnternational Media Support, ABŞ-dan isə NED təşkilatının koordinatorluğu ilə Azərbaycana qarşı həyata keçirilən qaralama kampaniyasının əsas sponsorlarından biri məhz Soros idi.


C. Sorosun Azərbaycanı hədəfə almaqda əsas məqsədi ölkəmizdə fəaliyyətini bərpa etməkdir. Onun bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Davosdakı görüşündə dilə gətirdiyi haqda informasiyalar var. Rəsmi Bakı da buna razılıq verib, lakin o şərtlə ki, ölkənin daxili işlərinə qarışmayacaq. Lakin qoca milyarder bununla razılaşmaq istəmir. Çünki onun Azərbaycanda öz maliyyə maraqları mövcuddur. Məhz həmin görüşdən sonra onun anti-Azərbaycan fəaliyyəti şiddətli xarakter alıb.


İndi Sorosa bağlı saytın Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışı təsadüfi deyil. Görünür, milyarder qisas almaqda davam edir. Bu baxımdan, onun seçki öncəsi Azərbaycana qarşı kampaniyanı gücləndirəcəyi istisna deyil.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm