Nida.az
Fransa səfiri: “Ölkəm Qarabağdakı gərginlikdən narahatdır”
“ATƏT-in Minsk qrupu ən yüksək səviyyədə Dağlıq Qarabağ
münaqişəsinin həlli, Ermənistan və Azərbaycan arasında dialoqun baş
tutması üçün işləyir”.
Publika.az xəbər verir ki, bu barədə Minsk
qrupunun həmsədr dövlətlərindən olan Fransanın Ermənistandakı
səfiri Jan-Fransua Şarpante bu erməni KİV-nə açıqlamasında
deyib.
Səfir təmas xəttindəki gərginliyi narahatlıqla izlədiyini dilə
gətirib: “Təmas xəttində iriçaplı silahlar işə düşüb və təhlükəli
gərginlik yaşanır. Vəziyyəti narahatlıqla izləyirəm. Fransa Minsk
qrupunun həmsədri kimi münaqişə tərəflərinə hərbi gərginlikdən
qaçmağa və atəşkəs rejiminə riayət etməyə çağırır”.
Qeyd edək ki, Ermənistan tərəfi təmas xəttində davam edən təxribat
addımları Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınır. Rəsmi
məlumata görə, son hücumların qarşısı alınarkən, 10-a qədər düşmən
məhv edilib.
Asif Nərimanlı
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu