Qarabağda müharibə hər iki tərəf üçün pis nəticələnəcək – XƏBƏRDARLIQ
Bizi izləyin

Nida.az

Qarabağda müharibə hər iki tərəf üçün pis nəticələnəcək – XƏBƏRDARLIQ

“Qarabağda geniş miqyaslı müharibənin başlaması ağılsızlıqdır”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov təmas xəttindəki gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, müharibə hər iki tərəfə ciddi ziyan vura bilər: “Hesab edirəm ki, nə Ermənistan müharibənin başlamasını istəyir, nə də Azərbaycan. Çünki müharibə tərəflərə böyük iqtisadi itkilər verə bilər”.

Politoloq qeyd edib ki, təmas xəttində gərginlik bu xətlə davam etsə, hər iki tərəf üçün pis nəticələrə gətirib çıxara bilər.

“Təmas xəttindəki gərginliyi Sergey Lavrovun Bakı səfəri ilə bağlamaq doğru deyil. Çünki Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə nizamalanması üçün bütün səylərini qoyur və müharibə tərəfdarı deyil”, - deyə rusiyalı politoloq vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm