Abşeron cəbhəçiləri də Əli Kərimlini tərk etdi - FOTO
Bizi izləyin

Nida.az

Abşeron cəbhəçiləri də Əli Kərimlini tərk etdi - FOTO

AXCP-nin Abşeron rayon şöbəsinin üzvləri də Əli Kərimlidən üz döndərərək AXCP Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulduqlarını açıqlayıblar.

Publika.az xəbər verir ki, Abşeron fəallarının keçirdiyi müşavirədə AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Cavid Musazadə və Fəxrim Abduləzimov partiyada və ölkədə baş verən siyasi proseslərdən danışıblar.

Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb. Arif Baxşəli oğlu Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Baxşəli oğlu Qafarov Ali Məclisin üzvü, Fəzail Bəşir oğlu Abbasov, Nizami Tahir oğlu Babayev AXCP etimad qurultayına nümayəndə seçiliblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm