Nida.az
XİN: "Bəzi əməkdaşlar barədə tədbirlər görüləcək"
Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür.
Bu barədə Publika.az-a XİN-in mətbuat
xidmətindən məlumat verilib.
Məlumata görə, son aylar ərzində bir sıra bu kimi şəxslərin
diplomatik xidmətdə fəaliyyətinə xitam verilib: "Azərbaycan
Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar
Həsənov da bu sıradandır. Bəzi başqa əməkdaşlar da vardır ki,
araşdırmalara əsasən, onların da barəsində müvafiq intizam
tədbirləri görüləcək. Maliyyə Nazirliyi və Hesablama Palatasının
xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və
yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da
aparılacaq.
Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit
edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olduqdan
sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli
məlumatlar yayırlar".
Məlumatda qeyd olunur ki, Anar Həsənovun Avstraliyada yaşayış məsələsinə gəldikdə isə, bu şəxs xidməti qüsurlara görə bu ilin iyul ayında işdən azad edilib: "Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır".
Vasif Həsənli
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR