Əli Kərimlinin 20 gün vaxtı qaldı: AXCP-də üsyan hazırlığı
Bizi izləyin

Nida.az

Əli Kərimlinin 20 gün vaxtı qaldı: AXCP-də üsyan hazırlığı

AXCP-nin qurultayı sentyabr 27-də keçiriləcək.


Publika.az xəbər verir ki, bu barədə AXCP Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

İclasda partiyanın VI (IX) Qurultayına hazırlıq məsələsi müzakirə olunub. Qurultaya hazırlıqla əlaqədar yerli təşkilatlarda keçirilən hesabat-seçki konfransları barədə məlumatlar diqqətə çatdırılıb. Məlumat verilib ki, yerli təşkilatların əksəriyyətində qurultaya hazırlıq konfransları başa çatıb, yerli rəhbərliklər və qurultaya nümayəndələr seçilib.

Rəyasət Heyəti konfranslarla bağlı məlumatları nəzərə alaraq AXCP-nin VI(IX) Qurultayını sentyabrın 27-ə keçirməyə qərar verib. Qərara alınıb ki, göstərilən tarixdə partiya qurultayını Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirməyə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun.


Qeyd edək ki, AXCP-nin növbəti qurultayda Müsavat Partiyasının taleyi ilə üzləşəcəyinə dair ehtimallar yüksəkdir. Belə ki, hazırki sədr Əli Kərimlinin getməsini istəyənlərin sayı artmaqda davam edir. Bir müddət öncə Ə. Kərimli Razi Nurullayev və onun timsalında onlarla cəbhəçini partiyadan uzaqlaşdırıb. Lakin AXCP-də hələ də narazıların qaldığı haqda məlumatlar var.


Narazılar hazırda səsini çıxarmır. Çünki qurultaydan öncə etiraz etsələr digərləri kimi partiyadan uzaqlaşdırılacaqlar. Ona görə də qurultay günün gözləyirlər və həmin gün narazılıqlarını bildirərək, Əli Kərimlinin getməsini tələb edəcəklər. Bununla da onu fakt qarşısında qoymuş olacaqlar”, - deyə AXCP-dəki mənbə baş verənlər haqda Publika.az-a danışıb.


Məlumata görə, AXCP qurultayının indiyə qədər gecikdirilməsinin səbəbi də Əli Kərimlinin narazıları partiyadan təmizləməsi ilə bağlı olub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm