İlham Əliyev Sverdlovsk qubernatorunu qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Sverdlovsk qubernatorunu qəbul edib

İlham Əliyev Sverdlovsk qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud uzunmüddətli dostluq əlaqələrinə toxunan qubernator Yevgeni Kuyvaşev deyib: "Bu əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulub".

O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk Vilayətinə səfərini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illikyinin qeyd olunduğunu məmnunluqla xatırladı. Yevgeni Kuyvaşev Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu işbirliyi qurulduğunu vurğulayan Yevgeni Kuyvaşev ölkəmizlə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin artan templərlə genişləndiyini qeyd edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini və bunun üçün bütün şəraitin yaradıldığını deyib. Prezident İlham Əliyev ölkələrimizin bütün məsələlərdə fəal əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı Sverdlovsk vilayətində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtirama görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev Rusiya Federasiyasında yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların ölkələrimizin inkişafına töhfə verdiklərini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm