• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ABŞ səfiri müxalifətlə görüşdü - FOTOLAR

  • Nida.az
  • 8 Sentyabr 2015 15:15
  • 323 Baxış
ABŞ səfiri müxalifətlə görüşdü - FOTOLAR

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Azadlıq 2015 Seçki bloku”na daxil olan 8 partiya ilə görüşüb.


Publika.az xəbər verir ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən görüşdə mövcud ictimai-siyasi vəziyyət və seçkiqabağı vəziyyət müzakirə olunub. Görüş mətbuata qapalı keçirildiyi üçün ətraflı məlumat yayılmayıb.


Əldə etdiyimiz məlumata görə, bir saat yarım davam edən görüşdə seçkilər, Qarabağ və ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub. Hər iki tərəf bu məsələlərə münasibətini açıqlayıb. Bloka daxil olan partiyalardan birinin nümayəndəsi bu görüşün seçki öncəsi səfirin ümumi vəziyyəti öyrənmək istəyindən irəli gəldiyini qeyd edib. Aparılan müzakirələr də əsasən ümumi məsələləri əhatə edib.


Asif Nərimanlı




Xəbər lenti

DAHA ÇOX XƏBƏR