Nida.az
Müxalifətdə yenə “vahid namizəd” davası: REAL-ın Müsavatla ittifaqı pozulur
Ötən həftə parlament seçkilərində birgə hərəkətlə bağlı razılaşmaya gələn Müsavat Partiyası ilə REAL arasında qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, Məclis üzvü Mustafa
Hacıbəyli ilə REAL İdarə Heyətinin üzvü Azər Qasımlı arasında
sosial şəbəkələrdə gərginlik yaşanıb.
Mustafa Hacıbəylinin bu qüvvələrin seçkilərə birgə getməsinə dair
təbliğatına Azər Qasımlı ciddi etiraz edib: “Müsavatla REAL-ın
yalnız texniki məsələlərdə əməkdaşlığı mümkündür. Verilən birgə
bəyanat da onu ehtiva edir. Vahid namizəd mövzusunda heç bir
müzakirə və ya birgə qərar ola bilməz!”
M. Hacıbəyli isə qarşı tərəfə cavab olaraq məsləhət bilib ki,
verilən birgə bəyanatla tanış olsun, həmin sənədə baxsın: “Məncə,
bəyanatı oxumaq yaxşı olar. Burada söhbət seçkilərdə birgə müşahidə
aparmaqdan, fəaliyyəti uzlaşdırmaqdan gedir. Biz mübarizə naminə
seçkilərə qoşulmuşuq. Və bu prosesdə olan qüvvələrin, insanların
əməkdaşlığı təbii haldır”.
Müsavat başqanının müavini Səxavət Soltanlı da yaşanan bu
gərginliyə münasibət bildirib.
“Bu müzakirə, məncə, tərəflərin niyyətinə adekvat deyil. Texniki
məsələləri - mətni kim yazıb, kim oxuyub, kim düzəliş edib, təklifi
kim irəli sürüb, təşəbbüs kimdən gəlib kimi məsələləri kənara
qoyaq. Biz Müsavat olaraq bu təşkilatlarla bu bəyanata imza atmağı
indiki şəraitdə mümkün və doğru hesab etdik. Nəzərə alsaq ki,
qarşıdan gələn günlərdə birgə müşahidə edəcəyik, bu da cəmiyyətin
marağı baxımından doğrudur, burada alqışlanası məqamları önə çəkmək
lazımdır. Vahid namizəd məsələsi boş söhbətdir”, - deyə o qeyd
edib.
REAL-ın icraçı katibi Natiq Cəfərli isə bildirib ki, burada söhbət
Müsavata inam məsələsindən getmir: “Bu, inam söhbəti deyil, sırf
seçki dönəmini əhatə edir, ancaq seçkiyə nəzarətdə birgə fəaliyyəti
ehtiva edir”.
N. Cəfərli əlavə edib ki, onlar siyasətə ciddi yanaşırlar: “Bu,
müttəfiqlik deyil, blokda əməkdaşlıq deyil. Mətn açıq və dəqiqdir.
Mətni də biz yazmışıq”.
Asif Nərimanlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!