Astanada türk sammiti: İlham Əliyev gedir, Ərdoğan yox
Bizi izləyin

Nida.az

Astanada türk sammiti: İlham Əliyev gedir, Ərdoğan yox

Sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada türkdilli dövlətlərin liderlərinin növbəti sammiti keçiriləcək.


Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov diplomatik korpusun nümayəndələri ilə brifinq zamanı bildirib.


Onun sözlərinə görə, sammitə Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentləri qatılacaq: “Sentyabrın 11-də türk liderlərinin – Qazaxıstan, Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşünü keçirəcəyik. Bəzi obyektiv səbəblərə görə Rəcəb Tayyİb Ərdoğan bu iclasda iştirak etməyəcək. Lakin o, yüksək vəzifəli nümayəndələrini göndərir. Bəzi ölkələr də bu iclasa öz nümayəndələrini göndərəcək. Bu, gündəmimizi müzakirə edəcəyimiz görüş olacaq”.


Y. İdrisov qeyd edib ki, digər türk dövlətlərinin nümayəndələrinin də iclasda iştirak edəcəyi gözlənilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm