İlham Əliyev fərman imzaladı
Bizi izləyin

Nida.az

İlham Əliyev fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- ikinci abzasın birinci cümləsindən “daxili işlər orqanları tərəfindən”, “zərurət yarandıqda” və “və onun verdiyi məlumatların düzgünlüyü yoxlanılanadək müvəqqəti yerləşdirmə mərkəzində qalır” sözləri çıxarılır;

- aşağıdakı məzmunda yeddinci abzas əlavə edilir:

“Şəxs (onunla birlikdə gələn ailə üzvləri) qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət etdikdə, o, “qaçqın” statusu verilməsi məsələsi həll edilənə qədər, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilir və saxlanılır.”.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

- 2-ci hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

“Xidməti silah və onun döyüş sursatı Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə Azərbaycan Respublikasına gətirilə bilər.”.

- aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

“Bu Qaydaların 2-ci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi xüsusi icazə ilə həyata keçirilir. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həmin xüsusi icazələr barədə DİN-ə məlumat verir.”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm