“Ya Suriya olacaqsan, ya da Misir” – Türkiyənin qarşısında inanılmaz ŞƏRT
Bizi izləyin

Nida.az

“Ya Suriya olacaqsan, ya da Misir” – Türkiyənin qarşısında inanılmaz ŞƏRT

PKK-nın Dağlıca və İğdır hücumları Türkiyə Prezidentini və AKP-ni məhv edəcək dəhşət dalğasının yaradılması və Türkiyəni Misirə, Ərdoğanı Mursiyə, ordunu də Sisiyə çevirmək məqsədi daşıyır.


Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti iddia edib.


Məqalədə deyilir ki, bu plana 2013-cü ilin əvvəlindən start verilib: “Sülh dövründə PKK-nı ayağa qaldıra bilmədilər. Gəzi olaylarında əllərindən gələni etsələr də, Türkiyəni daxili müharibəyə sürükləməyi bacarmadılar. Çünki kürdlərin dəstək vermədiyi bir daxili müharibəni Nişantaşı və ya Cihangirdən başlamaq mümkün deyildi. Beləliklə, Öcalanı İmralıda susdurdular və onun yerinə Demirtaşı hazırladılar.

Solçu qrupları HDP-yə qəbul edərək, BDP-nin Türkiyə partiyasına çevrilmə layihəsinin qarşısını aldılar. Ən nəhayət, İŞİD imdadlarına yetişdi. Türk-kürd ittifaqını dağıda bilmişdilər. PKK-nın İğdır və Dağlıcaya hücumlarının arxasındakı məqsəd də Prezident və AKP-ni məhv etmək, Türkiyəni daxili savaşa sürükləməkdir. Türkiyənin qarşısına da “Ya Suriya olacaqsınız, ya da Misir” şərtini qoymağa çalışırlar”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm