PKK uşaqları qaçırır, polis silahla yatır, Türkiyə o xəritəni axtarır - TƏHLÜKƏ
Bizi izləyin

Nida.az

PKK uşaqları qaçırır, polis silahla yatır, Türkiyə o xəritəni axtarır - TƏHLÜKƏ

Dağlıca və İğdır hücumlarından sonra Türkiyə polisi PKK-nın mina xəritəsini tapmaq üçün hərəkətə keçib.


Publika.az xəbər verir ki, PKK-nın yollara minalar yerləşdirərək əsgər və polisə qarşı terror aktları hazırladığı ortaya çıxıb. Polis hazırda terror təşkilatının mina xəritəsini aşkarlamaq üçün əməliyyatlara başlayıb.


Digər tərəfdən, PKK-nın Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində polisə qarşı zirehi dələn raketlər istifadə etdiyi bəlli olub. Məlumata görə, terror təşkilatının istifadə etdiyi bəzi silahlar 60 santimetr divarı dəlib keçə bilir. PKK-nın kustar üsulla düzəldilmiş bombalara, həmçinin "Doçka", "Kanas", RPG-7 minaatan, BCK fişəngləri, M-16, G-3, "Kalaşnikov" və C3, C4, A4 partlayıcılarına sahib olduğu dəqiqləşdirilib.


Terror təşkilatının güclü dəstəyə malik olduğu bölgələrdə polis “PKK həyat yoldaşınızı və uşaqlarınızı qaçıra bilər” - xəbərdarlığını edib. Terrorçuların evlərə də hücum edəcəyindən ehtiyat edilir. Hər cür terrora qarşı Türkiyə polisi yatarkən də silahı atəşə hazır vəziyyətdə yanında saxlayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm