Batumidəki konsulumuz geri çağırıldı - SƏRƏNCAM
Bizi izləyin

Nida.az

Batumidəki konsulumuz geri çağırıldı - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev H.N.Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hüseyn Nizami oğlu Nəcəfov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.

Prezidentin digər sərəncamı ilə Rəşad Fail oğlu İsmayılova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ali rütbəsi verilib və o, Batumidə Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm