İŞİD Azərbaycana və dünyaya vaxt verdi: “7 günə etməsəniz...” - ŞOK (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

İŞİD Azərbaycana və dünyaya vaxt verdi: “7 günə etməsəniz...” - ŞOK (YENİLƏNİB)

İŞİD Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrə təhdid dolu müraciət edib.


Publika.az xəbər verir ki, terror təşkilatı 11 sentyabr hadisələrinin 14 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrinin təşkilat, bank və dövlət qurumlarının saytlarına haker hücumları edib.

Azərbaycanda “Amrahbank”ın saytı da hücuma məruz qalanlar arasındadır. Terrorçular sayta ingilis dilində təhdid məktubu yerləşdiriblər.


Müraciətdə deyilir: “Həqiqi yolu izləyən bizlərdən dünyadakı xaçpərəstlərə mesaj. Biz qayıtdıq və sizə müqəddəs 11 sentyabr tarixini xatırlatmaq istəyirik. Yaxın zamanda yenə belə bir hücum olacaq və siz bizim dediklərimizi xatırlayacaqsınız. Uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq. Biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz, olduğunuz hər yerdə görəcəksiniz.

Sizin saytlarınıza, kredit kartları, kompüter və hətta telefonlarınıza haker hücum edəcəyik. Bu, sizin ən qorxulu kabusunuz olacaq, proses artıq başlayıb və heç vaxt bitməyəcək. Bu, sadəcə başlanğıcdır. Usamə bin Ladeni öldürməyiniz bizim cihadımızın sonu deyil. Biz hamımız Usaməyik və 11 sentyabr hadisələri dəfələrlə təkrarlanacaq. Usamə bin Laden dediyi kimi: “Allahın izni ilə biz sizin boynunuzu elə sizin torpaqlarda vuracağıq. Ona görə bunu necə edəcəyimizi gözləyin və siz sonda kimin qalib gəldiyini görəcəksiniz”. Sizin xeyli sayda bank, dövlət və hərbi saytlarınıza haker hücumu edib, ciddi və həssas məlumatları əldə etmişik və onlardan bəzilərini dərc edəcəyik. Əgər siz dayanmasanız, biz daha sonra bütün məlumatları dərc edəcəyik”.


İŞİD müraciətində ölkələrə 7 gün vaxt verib.


“Müharibəni dayandırmağınız üçün sizə 7 gün vaxt veririk. Əgər bunu etməsəniz, biz sizin ölkələrinizin təhlükəsizliyini təhdid edən məlumatları paylaşacağıq”, - deyə müraciətdə qeyd olunub.


Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətindən Baku.ws-ə verilən məlumata görə, kiber təşkilatın bu iddiaları tam əsassızdır və dövlət saytlarına heç bir hücum olmayıb. Qurumdan bildirilib ki, dövlət saytları yüksək səviyyədə qorunur və təhlükəsizliklə bağlı heç bir problem qeydə alınmayıb.

Xüsusi Dövlət Mühafizə Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xüsusi olaraq qeyd edək ki, İŞİD hakerlərinin bu “hədəsi” gülünc iddiadan başqa bir şey deyil. Azərbaycan İŞİD terror təşkilatına qarşı mübarizə aparan hərbi koalisiyaya qoşulmayıb, Suriya və İraqdakı anti-terror əməliyyatlarına hərbçiləri və yaxud aviasiyası ilə dəstək vermir, hətta Azərbaycan Milli Məclisi İŞİD-i rəsmən terror təşkilatı da elan etməyib. Ölkəmizdə İŞİD-in terror təşkilatı olduğu barədə yalnız siyasi mövqe ortadadır. Belə halda İŞİD hakerlərinin “bizə qarşı olan müharibəni dayandırmasanız…” şərti ilə “təhdidi” heç bir məntiqlə izah oluna bilməz.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm