Azərbaycana terror təhdidi: İrəvan və Tehran PKK-nı Naxçıvana gətirir?
Bizi izləyin

Nida.az

Azərbaycana terror təhdidi: İrəvan və Tehran PKK-nı Naxçıvana gətirir?

“Naxçıvanla sərhəddə yerləşən İğdır şəhərində PKK-nın terror aktları törətməsi Azərbaycan üçün də ciddi təhlükədir. Yalnız ona görə yox ki, bu şəhərdə etnik azərbaycanlılar yaşayır, eyni zamanda, bura Azərbaycanla Türkiyənin yeganə quru əlaqəsi olan bölgədir”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Balmasov deyib.


Onun sözlərinə görə, Bakı və Ankara bu təhlükəni aydın hiss edir: “Bu, PKK terrorçularının işidir. Laki bunun arxasında bir sıra məqamlar var. Çünki regionda Azərbaycan-Türkiyə mövqelərinin zəifləməsi təkcə kürdlərə deyil, digər qüvvələrə də sərf edir. Bu terrorda Ermənistanın xüsusi xidmət orqanlarının əlinin olması az da olsa ehtimal olunur. Amma əgər bu, fakt olaraq üzə çıxarsa, real müharibənin fitili yandırılmış ola bilər”.


S. Balmasov qeyd edib ki, İğdırda kürd anklavının yaranması Ermənistana sərfəlidir: “Bu baxımdan, Ermənistanın kürdlərə dəstək verərək, bu ərazidə qarışıqlığın yaradılmasında rol aldığı ehtimalı böyükdür. Digər tərəfdən, İğdıra terrorun ayaq açmasında İran maraqlı ola bilər. Tehran Bakının zəifləməsində maraqlıdır, həmçinin Azərbaycan-Türkiyə birgə gücünün aradan qalxması ona sərf edir”.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm