• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Karayılanın gizli danışıqları yayıldı, Ankara düyməyə basdı – Tanklar şəhərlərə girir

  • Nida.az
  • 12 Sentyabr 2015 14:16
  • 3 164 Baxış
Karayılanın gizli danışıqları yayıldı, Ankara düyməyə basdı – Tanklar şəhərlərə girir

PKK liderlərinin gizli danışıqlarının detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, Murat Karayılan, Mustafa Karasu, Sabri Ok ilə terror təşkilatının Avropa üzrə nümayəndəsi Zübeyir Aydarın “atəşkəs”lə bağlı danışıqlarında qaranlıq məqamlar aydınlaşıb.

Z. Aydar “erkən seçkilərin zərər görməməsi üçün noyabrın 1-nə qədər atəşkəs elan edilsin” təklifini irəli sürüb.

Lakin Duran Kalkan, Cəmil Bayık və digər liderlər atəşkəs elanına qarşı çıxıblar. Toplantıda sentyabr ayında da şiddətli hücumların davam etdirilməsinə qərar verilib.

Toplantıdan sonra Karayılanın təşkilat üzvlərinə “telsizlə” verdiyi tapşırıqlar da Türkiyə kəşfiyyatı tərəfindən aşkarlanıb.

Silahla gəzin, elə bilsinlər ki, xalq hərəkatıdır” deyə tapşırıqda deyilir.

Terrorçuların liderləri PKK üzvlərinin şəhər mərkəzlərində ağır silahlarla fotolar çəkdirməsini, beləliklə, guya bütün şəhərlərdə xalqın silahlanaraq iqtidara qarşı çıxdığı görüntüsünün yaradılmasını istəyiblər.

Bu arada yayılan məlumatlarda seçkiöncəsi təhlükəsizliyin bərpası üçün Ankarada düyməyə basıldığı deyilir. Plana PKK-nın məhv edilməsi üçün böyük əməliyyatların keçirilməsi daxildir. Həmçinin şəhər mərkəzlərinin terrorçulardan təmizlənməsi üçün ağır silahlardan istifadə edilməsi qərarı verilib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR