Əli Həsənov: “Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etmək səlahiyyəti yoxdur”
Bizi izləyin

Nida.az

Əli Həsənov: “Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etmək səlahiyyəti yoxdur”

“Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Biz buna biganə qala bilmərik. Qətnamədə bizə qarşı heç bir əsası olmayan sənəd qəbul edib”.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Avropa Parlamentinin Azərbaycanla bağı qəbul etdiyi tənqidi xarakterli son qətnaməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Həsənov qeyd edib ki, 751 deputatlıq parlamentdə Azərbaycana qarşı qəbul edilən sənədin səsverməsində 600-dən çox deputat iştirak edib.

Baş nazirin müavininin fikrincə, Azərbaycana qarşı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil: "Avropa Parlamentinin əsasən 3 səlahiyyəti var - Avropa İttifaqına dair qanunlar qəbul etmək, qanunların icrasına nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Avropa Parlamentinin Azərbaycanla bağlı belə qətnamə qəbul etməsi onun səlahiyyətlərinə daxil deyil. Avropanın Azərbaycana qarşı qısqanclığının artdığını bilirdlik. Azərbaycanın Avropa Oyunlarını uğurla keçirməsindən sonra belə hərəkətlərin artmasını görürdük. Bu, qısqanclığın, paxıllığın və erməni diasporunun və maliyyəsinin təsirinin nəticəsidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm