Spiker: “Elə bil itə çörək atırlar”
Bizi izləyin

Nida.az

Spiker: “Elə bil itə çörək atırlar”

“Bu gün Avropanın 2-3 min qaçqını himayə etməyə gücü çatmır”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

“Bir nəfər miqrant görən kimi qovurlar. Miqrantlara qidanı da elə verirlər ki, elə bil itə çörək atırlar. Ancaq Azərbaycan 20 ildən çoxdur ki, bir milyon qaçqına təkbaşına baxır, onların hüquqlarını müdafiə edir. Ancaq Avropa Ermənistan işğalı nəticəsində qaçqın düşən bir milyon günahsız insanın hüquqlarını müdafiə etmir, işğalçıya qucaq açır”, - spiker əlavə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm