Ziyafət Əsgərov: “Milyonlarla pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Milyonlarla pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz”

“Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır”.

Publika.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir. Z.Əsgərov deyib ki, Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır: “Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Özlərində olan problemləri bizim adımıza yazmağa çalışırlar”.

Ziyafət Əsgərov Milli Məclisdə olan KİV nümayəndələrinə də müraciət edib: “Burada onlarla jurnalist var, indiyədək hansınıza deyilib ki, bunu yazmayın, onu yazın? Əgər belə bir hal olsaydı, hər halda, üzə çıxardı. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıb. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?”

Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z.Əsgərov bəyan edib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: “Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları qaçqın kim etdi? Əlbəttə ki, Avropa. Günahkar sizsiniz. İndi də onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. Minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm