“Dünya təhlükədədir” - Bahar Muradovadan ÇAĞIRIŞ
Bizi izləyin

Nida.az

“Dünya təhlükədədir” - Bahar Muradovadan ÇAĞIRIŞ

Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Avropa Parlamentini sərt tənqid edib.

Publika.az-ın məlumatına görə, vitse-spiker bildirib ki, sən demə, qədim qitəni heç bir ölkənin ərazi bütövlüyünün pozulması narahat etmirmiş, əks təqdirdə öz mövqelərini ortaya qoyardılar.

“Ona görə də mən üzümü avropalılara tuturam, siz siyasətçi, deputat bildiklərinizlə bağlı ciddi düşünün! Mən sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram! Bu gün əlbir olsaq, dünyanı xilas edəcəyik. Bu gün dünya təhlükədədir”, - Muradova əlavə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm