• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qərb Qarabağa ikili standart tətbiq edir” – Avropadan şok etiraf

  • Nida.az
  • 14 Sentyabr 2015 15:51
  • 501 Baxış
“Qərb Qarabağa ikili standart tətbiq edir” – Avropadan şok etiraf

“Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda keçirilən “seçkiləri” heç kəs tanımadı. Lakin bir çox halda Avropa Birliyi Dağlıq Qarabağda ikili satandartların tətbiqinin tərəfdarı kimi çıxış edir və bu, regionda sabitliyə zərbə vurur”.

Publika.az xəbər verir ki, bu barədə Qafqaz və Xəzər Tədqiqatları üzrə Avropa İnstitutunun sədri Matias Donfeldt deyib.

Onun sözlərinə görə, region əhalisinin iradəsini əks etdirməyən bu “seçkidən” ümumiyyətlə danışmaq mənasızdır: “1994-cü ilin may ayında əldə olunan atəşkəsə qədər Azərbaycan torpaqları və azərbaycanlılar ermənilərin amansız hücumuna məruz qalıb evlərindən qovulublar. Xocalıda uşaq və qadınlar da daxil olmaqla yüzlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi faciədə Ermənistanın indiki prezidenti Serj Sarkisyan birbaşa iştirak edib. İndi də işğal olunmuş ərazilərdə “seçki” keçirirlər. Lakin hətta erməni diasporu pul qarşılığında xarici monitorinq qrupları təşkil etsə belə, heç kəs bunu tanımır. Almaniya Federal Respublikası yaxın günlərdə Xankəndindəki rejimi tanımadığını açıqladı. Bu, Berlinin rəsmi mövqeyidir. Lakin bu cür siqnallar Brüsseldən nə vaxt gələcək?”

M. Donfeldt qeyd edib ki, Qərb bu günə qədər Avropa Birliyi-Ermənistan dialoqunda xalqların öz müqəddəratını təyin etmə hüququnu vurğulayaraq, Dağlıq Qarabağla bağlı ikili standartlar tətbiq edir.

“Keçmişdə Brüssel Azərbaycanın ərazi bütövlüyünü ürək ağrısı ilə dəstəkləyirdi. İndi sual yaranır, Avropa bürokratları Ukrayna böhranı fonunda nə vaxta qədər bu siyasəti davam etdirəcəklər? Əgər Azərbaycan və Ukrayna ərazilərində separatçılarla bağlı yanaşma dəyişməyəcəksə, onda “Şərq tərəfdaşlığı” proqramı başa çatdırılmayacaq və Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məhv olacaq”, - deyə avropalı siyasətçi bildirib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR