Türkiyəli deputat Azərbaycanı təbrik etdi
Bizi izləyin

Nida.az

Türkiyəli deputat Azərbaycanı təbrik etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, professor Necdət Ünüvar Nuru Paşanın başçılığı altında Bakının düşməndən azad olunmasının 97-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

N.Ünüvarın adından Publika.az-a daxil olan məktubda deyilir ki, Yaxın Şərq coğrafiyası tarixən davamlı olaraq qaynar proseslərin mərkəzi bölgəsi olub: “Bu torpaqlara hakim olmaq istəyən qüvvələr tarix boyu ortaya çıxıblar. Azərbaycan torpaqları da sahib olduğu zənginliklərə görə tarixin hər dövründə digər millətlərin əldə etmək istədiyi yer olub. Bolşevik birlikləri və erməni terrorçuları tərəfindən işğal edilən Bakı şəhəri Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməklə Azərbaycan Cümhuriyyətinə qarşı davam edən yüz illik əsarətə son qoyulub. Çoxlu şəhid verərək müstəqillik qazanan qardaş ölkə Azərbaycan üçün müstəqillik ən qiymətli nemətdir.

Bu gün 15 sentyabr Bakının düşmən işğalından azad edilməsinin 97-ci ilini qeyd edirik. Mən buna görə Nuru Paşa və silahdaşları başda olmaqla, bütün şəhid və qazilərimizin qarşısında baş əyirəm, onlara Allahdan rəhmət diləyirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm