Fəzail Ağamalı: “Avropa Parlamentinin mayası bu cür yoğrulub”
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Avropa Parlamentinin mayası bu cür yoğrulub”

“Avropa Parlamenti hər zaman ermənilərin yanında olub, onları müdafiə edib, Azərbaycana qarşı olan kampaniyalarını dayandırmayıb. İnanmıram ki, bundan sonra da dayandırsın. Çünki Avropa Parlamentinin mayası bu cür yoğrulub”.

Publika.az-ın məlumatına görə, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, Avropa Parlamenti 1988-ci ildə Dağlıq Qarabağda münaqişə yarananda qətnamə qəbul edib: “Qətnamədə təklif olunurdu ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın. Əgər Avropa Parlamenti erməninin yanındadırsa, demək, bizə qarşıdır. Azərbaycan iqtisadiyyatı, ordusu və diplomatiyası Ermənistandan qat-qat yüksəkdir. İndi ermənilər beynəlxalq təşkilatlar səviyyəsində kampaniya aparır, bunun da bir ucu Con Kerrinin ofisinə gedib çıxır”.

F.Ağamalı deyib ki, Azərbaycanda hər kəs dost və qardaş kimi yaşayır: “Bu modelin nüvəsində xalqımızla prezidentin vəhdəti dayanır. Biz çalışmalıyıq ki, bir dövlət olaraq, öz milli maraqlarımızı qorumaq naminə birgə olaq. Bu gün siyasi fəaliyyəti olanlar prezidentlə xalqın vəhdəti üçün öz töhfəsini verməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm