Novruz Məmmədov: “Avropada heç bir dəyər qalmayıb”
Bizi izləyin

Nida.az

Novruz Məmmədov: “Avropada heç bir dəyər qalmayıb”

“Avropanın bir sıra dövlətləri hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur”.


Publika.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” hesabında yazıb.


N. Məmmədov Avropada heç bir dəyərin qalmadığını qeyd edib.


“Beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar. Onlar bu prosesləri maraqları çərçivəsində istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar. Universal dəyərlərdən danışmaqdan yorulmayan Qərb və Avropada deyəsən heç bir dəyər qalmayıb”, - deyə PA rəsmisi diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm