Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır: “Müharibə mütləq olacaq”- ŞOK PROQNOZ
Bizi izləyin

Nida.az

Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır: “Müharibə mütləq olacaq”- ŞOK PROQNOZ

Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını qaytarmağa hazırlaşır.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Vestikavkaz” saytı yazıb.


Azərbaycanın 65 minlik şəxsi heyətlə keçirdiyi böyük hərbi təlimə diqqət çəkən sayt qeyd edir ki, bu manevrlər Qarabağda müharibə vəziyyətində ordunun hərəkətini asanlaşdırır, həmçinin onun düşmən üzərində qalib gəlməsinə təminat verir. Maraqlıdır ki, hərbi təlimlər zamanı belə Ermənistan təmas xəttində təxribatlarından əl çəkmədi. Belə ki, Ermənistan təyyarələri Azərbaycanla təmas xəttində uçuşlar həyata keçirərək təxribatlara təşəbbüs edib.


“Azərbaycanın müdafiə naziri Zakir Həsənov təmas xəttində təxribat uçuşları həyata keçirdən Ermənistan təyyarələrinin vurulması əmrini verib. Həmçinin, o, atəşkəs pozulacağı təqdirdə yalnız cavab atəşi ilə qənaətlənməyəcəklərini, iri kalibrli silahların işə düşəcəyini bəyan edib. Bu təlimlər Ali Baş Komandan, Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə keçirilib”, - deyə sayt yazır.


Rusiyanın siyasi və hərbi analiz institutunun analitiki Aleksandr Xramçikin sayta açıqlamasında bildirib ki, Azərbaycan hərbi qüdrətinə görə ilk sıralarda yer alır: “Hətta mən deyərdim ki, Azərbaycan post-sovet məkanında hərbi gücünə görə Rusiyadan sonra ikinci yerdədir”.


Ekspert vurğulayıb ki, Qarabağda müharibənin başlaması ehtimalı hər gün artır: “Mən həmişə bildirmişəm ki, Dağlıq Qarabağda müharibə mütləq baş verəcək. Hərçənd bunun nə vaxt olacağını demək çətindir”.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm