Səfirlik diplomatın fəaliyyətinə xitam verilməsinə aydınlıq gətirdi
Bizi izləyin

Nida.az

Səfirlik diplomatın fəaliyyətinə xitam verilməsinə aydınlıq gətirdi

Azərbaycanın Niderland Krallığındakı Səfirliyi üçüncü katib Nahid Cəfərovun diplomatik xidmətdə fəaliyyətinə xitam verilməsi barəsində məlumatlara aydınlıq gətirib.

Səfirlikdən Publika.az-a daxil olan məlumatda deyilir ki, son zamanlar mətbuatda Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin üçüncü katibi Nahid Cəfərovun diplomatik xidmətdə fəaliyyətinə xitam verilməsi barəsində məlumat bəzi bloq və ya portallar tərəfindən təhrif olunmuş formada təqdim edilib.

Halbuki səfirliyin üçüncü katibi N.Cəfərovun (ona eyni zamanda konsulluq məsələləri də həvalə olunub) Xarici İşlər Nazirliyindəki fəaliyyətinə qanunun tələblərinə uyğun olaraq xitam verilib və sözügedən şəxs artıq Azərbaycanın Niderland Krallığındakı Səfirliyində çalışmır: “Xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarının ümumi siyahısında Niderlanddakı Səfirliyin əməkdaşı kimi N.Cəfərovun adının göstərilməsinə gəldikdə isə bildiririk ki, rotasiya qaydalarına uyğun olaraq dövrü əsasda bu siyahı yenilənir. Bəzi bloq və ya portalların 2015-ci ilin əvvəlinə aid köhnə siyahıya istinad edərək, ictimaiyyətə yanlış məlumat vermək cəhdləri düzgün deyildir.

Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş hər bir şəxs kimi N.Cəfərov da öz yaşayış yerini seçməkdə sərbəstdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm