“Qanunu qəbul etmişiksə, Prezidentin sərəncamı varsa...” - Hadı Rəcəbli
Bizi izləyin

Nida.az

“Qanunu qəbul etmişiksə, Prezidentin sərəncamı varsa...” - Hadı Rəcəbli

“Qanunu qəbul etmişiksə, Prezidentin sərəncamı varsa...” - Hadı Rəcəbli

Publika.Az xəbər verir ki, deputat Hacı Rəcəbli hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib. Deputat söyləyib ki, dünyada geən proseslərə rəğmən Azərbaycanda gedən inkişafı xüsusilə vurğulamaq lazımdır.

"Azərbaycanmda gedən inkişafı mən intibah adlandırıram. İnkişaf hər addımda və hər yerdən görünür. Son ildə rəqəmləri qeyd etdilər. Demək olar ki, bütün sahələrdə inkişaf özünü göstərir. Biz daha çox sosial sahəyə diqqət etməliyik. Çünki gördüyümüz işlərin son nəticəsi vətəndaşdır. İnkişaf, dinamika olan yerdə nöqsan olur. Biz çıxışlarımızda sosial müdafiə istiqamətində olan bəzi nöqsanları qeyd etmişdik. Hesabatda bu məsələlərə diqqət edilib. Bizim büdcəmiz sosial tutumludur. Mən sevinirəm ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yeni islahatlara başlanılıb və bu proses gedir, nöqsanlar aradan qaldırılıb".

H. Rəcəbli qeyd edir ki, səhiyyədə görülən işlər də göz önündədir: "Uşaq ölüm aradan qaldırılır. "Tibbi sığorta haqda" qanun 1999-cu ildə qəbul edilib. Prezident sərəncam imzalayıb. Amma bu günə qədər bir iş görülməyib. Əgər biz qanunu qəbul etmişiksə, prezidentin sərəncamı varsa, bu həyata keçirilməlidir. Kimə deyirsənsə, deyir ki, bu, ağır məsələdir. Bəyəm yol çəkmək, digər işləri görmək ağır deyildimi? Mən hesab edirəm ki, bu məsələ həllini tapmalıdır. Mən hökumətin hesabatını dəstəkləyirəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm