Nida.az
“Adam bir vəzifə daşımalıdır” – Abel Məhərrəmov DANIŞDI
Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov noyabrın 1-nə təyin olunan parlament seçkilərində namizədliyini irəli sürməyəcəyi məsələsinə münasibət bildirib.
A.Məhərrəmov Publika.az-a açıqlamasında deyib ki, rektor-deputatlar seçim etməlidirlər – ya ali məktəb rəhbəri, ya da millət vəkili: “Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm, bu il keçiriləcək parlament seçkilərində YAP-ın deputatlığa namizədi olmayacam. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım. İndi belə bir seçim qoyulub. Deputatlığa namizəd kimi gənclər irəli sürülüb. Hesab edirəm ki, YAP-ın yeni deputat üzvləri köhnələrdən heç də pis işləməyəcək. YAP-ın tanınmış gənclərinin namizədlikləri irəli sürülüb”.
YAP-ın İdarə heyətinin bu gün keçirilən iclasına da toxunan A.Məhərrəmov iclasın çox yüksək səviyyədə keçdiyini bildirib: “Yeni Azərbaycan partiyası öz namizədlərini irəli sürdü. Biz namizədlərin əksəriyyətini yaxşı tanıyırıq. Onların əksəriyyəti hazırkı deputatlardır. Namizədlərin təqribən 20 faizi yenilənib. Bu isə gəncləşməyə doğru atılan addımdır”.
Vasif Həsənli
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR