Daha iki cəbhəçi Əli Kərimlini tərk etdi
Bizi izləyin

Nida.az

Daha iki cəbhəçi Əli Kərimlini tərk etdi

AXCP-nin daha iki üzvü Əli Kərimlinin siyasətinə etiraz olaraq partiyadan istefa verib.


Publika.az xəbər verir ki, 2004-cü ildən AXCP üzvü olan Nayib Şahbazov partiya daxilində baş verənlərə etiraz olaraq istefa verdiyini bəyan edib.

Onun sözlərinə görə, Həsən Kərimov və Fuad Qəhrəmanlının partiya daxilindəki “fironluğuna”, Əli Kərimlinin yaratdığı avtoritar rejimə etiraz edir: “AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə öz dəstəyimi tam şəkildə ifadə edirəm”.


AXCP-nin AXCP Saatlı rayon şöbəsinin üzvü olan Ramin Məmmədov da Əli Kərimliyə etiraz olaraq istefa verdiyini açıqlayıb.

“Bir partiyaya Əli Kərimli kimi avtoritar insan sədrlik edirsə, orda mübarizə aparmaq mümkün deyil. Bu səbəbdən də AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayevi dəstəklədiyimi bəyan edirəm”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm