• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Akademik: “Kifayət qədər yeni namizədlər var” – FOTOLAR

  • Nida.az
  • 15 Sentyabr 2015 16:19
  • 367 Baxış
Akademik: “Kifayət qədər yeni namizədlər var” – FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasına münasibət bildirib.

A.Əlizadə Publika.az-a açıqlamasında deyib ki, iclasda çoxdan gözlənilən siyahı təsdiq edilib: “İclasda partiyamız tərəfindən irəli sürülən namizədlərin hamısı dəstəkləndi. Güman edirəm ki, onlar qarşıdan gələn parlament seçkilərində çox fəal iştirak edəcəklər. Həmin namizədlərdən kimlər xalq tərəfindən seçiləcəksə, şübhəsiz ki, dövlətə və xalqa xidmət edəcək”.

A.Əlizadə YAP-ın yeni namizədləri arasında kifayət qədər gənc və xanım olduğunu bəyan edib: “Onların arasında kifayət qədər yeni namizədlər var. Yeni namizədlər daha çox gənclər və xanımlardır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR