Cəlal Əliyev və Qalib Salahzadə YAP namizədi olmadı
Bizi izləyin

Nida.az

Cəlal Əliyev və Qalib Salahzadə YAP namizədi olmadı

Yeni Azərbaycan Partiyası (YAP) deputat Qalib Salahzadənin namizədliyini irəli sürməyib.

“Report”un xəbərinə görə, YAP 27 saylı Sabunçu ikinci seçki dairəsindən Cəbrayılova Dilarə Məmmədağa qızının namizədliyini irəli sürüb.

YAP həmin dairədən Cəbrayılova Dilarə Məmmədağa qızının namizədliyini irəli sürüb. D.Cəbrayılova 295 saylı orta məktəbin direktorudur.

Qeyd edək ki, Q.Salahzadə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

***

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, akademik Cəlal Əliyev deputatlığa namizəd olmayıb.

"Report"un məlumatına görə, YAP akademik Cəlal Əliyevin deputat seçildiyi 62 saylı Saatlı seçki dairəsindən yeni namizəd irəli sürüb. Noyabrın 1-də keçiriləcək parlament seçkisində 62 saylı Saatlı seçki dairəsindən YAP-ın namizədi Nazim Rəşidov olacaq. YAP-ın bu gün açıqlanan deputatlığa namizədlər siyahısında 62 saylı dairədən N.Rəşidov namizəd göstərilib.

N.Rəşidov Saatlı rayonunun Dəqəd Qorqud bələdiyyəsinin sədri işləyib.

C.Əliyev Azərbaycan Milli Məclisinə I-IV çağırış seçkilərdə deputat seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm