İlham Əliyev Meksika Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Meksika Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm