Üç rektorun namizədliyi irəli sürülmədi
Bizi izləyin

Nida.az

Üç rektorun namizədliyi irəli sürülmədi

Yeni Azərbaycan Partiyasının parlament seçkilərində namizədlər siyahısında bir neçə deputat-rektorun adı salınmayıb.

Publika.az xəbər verir ki, hakim partiya Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlının və Odlar Universitetinin keçmiş rektoru Əhməd Vəliyevin namizədliyi irəli sürməyib.

Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və İdman Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyevin adı siyahıda yer alıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm