"Dövlətin qoyduğu vəsaiti göyə sovurmayın " - Siyavuş Novruzov
Bizi izləyin

Nida.az

"Dövlətin qoyduğu vəsaiti göyə sovurmayın " - Siyavuş Novruzov

"Dövlətin qoyduğu vəsaiti göyə sovurmayın " - Siyavuş Novruzov

“İnsanların hüquqi cəhətdən savadlandırılması nəticəsində hökumət bəzi məsələləri öz üzərində götürməlidir”.

Publika.Az xəbər verir ki, bu barədə milət vəkili Suyavuş Novruzov Milli Məclisin bu gün keçirlən iclasında hökumətin hesabatına münasibət bildirərkən deyib.

ABŞ-da fövqəladə halar zamanı hökumətin vətəndaşlara ev tikmədiyini deyən millət vəkili bildirib ki, hər kəsin sığortasına baxılır: “Amma Azərbaycanda bir vətəndaşın evinə nəsə olan kimi hökumət onun evlə təmin edir. Amma heç birinin sığortası yoxdur. Bu günlərdə "Sahi"l ticarət mərkəzi yandı, amma o boyda binaın sığortası yoxdur. Eyni zamanda hər kəsin malı, əmlakı var, amma qaldırsan birinin də sığortası yoxdur. Bu məsələ həll edilməlidir”.

S. Novruzov qeyd edib ki. Ölkədə yüngül sənayenin də inkişafına diqqət ayrılmalıdır. Onun sözlərinə görə, paltarları Çindən gətirilər, halbuki bunu Azərbaycanda da istehsal etmək mümkündür.

S. Novruzov ən cəbhədə xidmət edə zabitlərlə bağlı təklif irəli sürüb.“Təklif edirəm ki, ön cəbhədə olan zabitlərin ezamiyyət, yaşayış, mənzil məsələsi, övladlarının və ailəsinin işlə təmin olunası yüksək səviyyədə təmin olunmalıdır ki, bütün zabitlər ön cəbhədə xidmət etməyə can atmalıdır”-deyə o bildirib.

S. Novruzov rayon icra hakimiyyəti başçılarının tənqid edib. Bildirib ki, yeni təyin olunan bir icra hakimiyyəti başçısı özündən əvvəlki başçının qurduğu parkları, xiyabanları söküb yenidən tikir: “Bu gün regionların sosial-iqtisadi inkişafı sürətlə inkişaf edir. Amma bu cür problemlərin olduğu da məlumdur. Parkı sökən icra başçısı dövlətin vəsaitini göyə sovurur. Əgər bacarırsan, daha yaxşısını tik, daha niyə əvvəlkini sökürsən. Özü də bu parklar iki qat bahasına başa gəlir. Bu da dövlət vəsaitinin mənimləsnilməsi ilə müşahidə olunur”.

Mİllət vəkili icra başçılarına müracitə edərək deyib ki, dövlətin qoyduğu vəsaiti, göyə sovurmayın. S. Novruzov hökumətin hesabatını müsbət qiymətləndirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm