Şeyxin qudası: “Məkkədəyəm, qərara heç bir etirazım yoxdur”
Bizi izləyin

Nida.az

Şeyxin qudası: “Məkkədəyəm, qərara heç bir etirazım yoxdur”

Milli Məclisin deputatı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) açıqladığı siyahıda adının olmaması məsələsinə münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, o, partiyanın bu qərarına hörmətlə yanaşır: “YAP necə məsləhət bilibsə, elə də olmalıdır. Mənim bu qərara heç bir etirazım yoxdur. Hazırda Məkkədə Allahın evində ziyarətdəyəm. Mənim üçün bundan böyük məsuliyyətli vəzifə ola bilməz. Azərbaycan xalqı, dövləti üçün və Qarabağın azad olunması üçün dualar edirəm”.

Xatırladaq ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası bu il noyabrın 1-nə təyin olunan növbəti parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. Siyahıya bir neçə deputatın, o cümlədən hacı Qalib Salahzadənin adı salınmayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm