Deputat "Azəriqaz"ı tənqid etdi
Bizi izləyin

Nida.az

Deputat "Azəriqaz"ı tənqid etdi

Deputat "Azəriqaz"ı tənqid etdi

“Azərbaycanda iqtisadi artım 5, 8 faiz yox, hər il ən azı 8 faiz olmalıdır. Buna nail olmaq üçün ən yaxşı yollardan biri regionlarımızın potensialını hərəkətə gətirməkdir”.

Publika.Az xəbər verir ki bu barədə millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatına münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, ölkə üzrə ümumi inkişaf müsbət olsa da, regionlara görə bunu demək çətindir: “Mən Şəkinin timsalında deyə bilərəm ki, ümumi daxili məhsulun adambaşına düşən qiyməti 1900 manatdan aşağı olub ki, bu da çox aşağı göstəricidir. Hesab edirəm ki, ölkədə yüngül və yeyinti sənayesi inkişaf etdirilməlidir. Bunun üçün regionlarda kifayət qədər potensial var”.

Hökumətin ümumi fəaliyyətini müsbət qiymətləndirdiyini deyən Ə. Məsimli ayrı-ayrı qurumların fəaliyyətini tənqid edib.

“Yenə Şəkinin timsalında deyəcəm. Şəkidə yolların asfaltlaşdırıması, mətkəbləri tikilməsi normaldır. Ötən il rayonda 7 məktəb təmir edilib və tikilib. 4 bağça təmir edilib. Elə göstəricilər var ki, Bakıdan da yüksəkdir. Amma bəzi sahələrdə fəaliyyət qeyri-məqbuldur. Mən burda Şəki kəndlərinin qazlaşdırılması məsələsini qaldırmışdım. “Azəriqaz” söz verdi ki, Şəkinin 50 kəndi qazlaşdırılacaq. Amma bunun cəmi 6 faizi yerinə yetirilib. Bu gün Şəkinin qazalaşdırılması Azərbaycanın qazlaşdırılmasından 3, ümumi kəndlərə nisbətən isə 5 dəfə aşağıdır. Nə üçün “Azəriqaz” verdiyi sözə əməl etmir? Mən bilmək istəyirəm ki, vəsait ayrılıb, yerinə yetirilməyib, yoxsa vəsait ümumiyyətlə ayrılmayıb”-deyə millət vəkili bildirib.

Ə. Məsimli əlavə edib ki, ölkədə 2 milyona yaxın insan mənzil problemindən əziyyət çəkir. O, təklif edib ki, bu problemi həll etmək üçün təkcə ipoteka vermək yox, həm də xüsusi xalq evləri tikilməlidir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm