Müsavatdan Aysellərə qarşı kim yarışacaq?
Bizi izləyin

Nida.az

Müsavatdan Aysellərə qarşı kim yarışacaq?

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsi son günlər müzakirə mövzusuna çevrilib.


Publika.az xəbər verir ki, müzakirəyə səbəb bu dairədən namizədliyini irəli sürən iki şəxsin ad və soyadının eyni olmasıdır. Belə ki, Yeni Azərbaycan Partiyası bu dairə üzrə orta məktəb müəlliməsi olan Aysel Əlizadənin namizədliyini irəli sürüb. “125-lər” klubunun üzvü, yazar Aysel Əlizadə də eyni dairədən namizədliyini verib. Ad və soyad bənzərliyi sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrilib.

Bu dairə üzrə diqqət çəkən digər məqamsa, Müsavat Partiyasının namizədidir. Partiyanın namizəd siyahısında 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə keçmiş Məclis sədri Arzu Səmədbəylinin namizədliyi göstərilir. A. Səmədbəyli 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm