• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İsa Qəmbər 29 yaşlı gənclə yarışacaq, Arif Hacılı isə... - FOTOLAR

  • Nida.az
  • 16 Sentyabr 2015 16:00
  • 623 Baxış
İsa Qəmbər 29 yaşlı gənclə yarışacaq, Arif Hacılı isə... - FOTOLAR

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin rəqibi məlum olub.


Publika.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası İ. Qəmbərin namizədliyinin irəli sürüldüyü 15 saylı Yasamal birinci seçki dairəsindən Bayram Aslanovu namizəd kimi göstərib.


B. Aslanov hakim partiyanın siyahısında yeni adlardandır. 29 yaşlı gənc namizəd Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. Həmçinin bu universitetdə müəllif olaraq çalışır.


Müsavat Partiyasının başqanı Arif Hacılı isə Hüseynbala Mirələmovla yarışacaq. Belə ki, YAP-ın H. Mirələmovu namizəd göstərdiyi 33 saylı Xətai birinci seçki dairəsindən Arif Hacılı da namizədliyini irəli sürüb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR