Deputatlığa namizədlərin sayı 665-ə çatdı
Bizi izləyin

Nida.az

Deputatlığa namizədlərin sayı 665-ə çatdı

“Parlament seçkilərində iştirak etmək üçün 665 nəfər müraciət edib, onlardan 338 nəfəri partiyalar, 25-i blok, 3 nəfər təşəbbüs qrupu, 300 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”.

Publika.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, namizədliklərini irəli sürən şəxslərdən 508 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub, 399 nəfərə isə imza vərəqi verilib.

M.Pənahov qeyd edib ki, seçkiləri izləmək üçün 96 nəfər müşahidəçilik üçün müraciət edib, onlardan 86-nın namizədliyi öz təşəbbüsü ilə, 9 nəfərininki isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm