MSK-nın növbəti iclası keçirilib
Bizi izləyin

Nida.az

MSK-nın növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda MSK-nın 12 sentyabr tarixli iclasının protokolu təsdiq edilib.

İclasda bu ilin noyabrın 1-də parlamentə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.

“Azadlıq-2015” seçki blokundan 17, Azərbaycan Demoratik İslahatlar Partiyasından (DİP) 1 səlahiyyətli nümayəndə qeydə alınıb.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm