• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Aydın Əliyev: "Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərini bir çox amillər birləşdirir"

  • Nida.az
  • 16 Sentyabr 2015 17:39
  • 287 Baxış
Aydın Əliyev: "Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərini bir çox amillər birləşdirir"

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd bin Sulayem Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşüb.

Publika.az-ın məlumatına görə, DGK sədri Aydın Əliyev Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərini birləşdirən bir çox amillərin olduğunu vurğulayıb: “Bizi Dubayla ən əsası ticarət əlaqələri birləşdirir. Hazırda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əlaqələrinin həcmi rəsmi statistik göstəricilərdən dəfələrlə artıqdır. Bu göstərici ildən ilə artır ki, tərəflərin uğurlu ticarət partnyoru olduğunu göstərir. Ticarət dövriyyəsində Azərbaycan şirkətləri Dubayın port limanlarından istifadə edirlər. Bizi birləşdirən həm də hər iki ölkənin Ümumdünya Gömrük Təşkilatının aktiv üzv olmasıdır. Təşkilatın regional ofislərindən biri Azərbaycanda, biri isə Dubayda yerləşir. Bir neçə gün öncə isə təşkilatın Bakıda daha bir mərkəzi - Kinoloji Mərkəzinin açılışı oldu”

Aydın Əliyev ÜGT-nin xətti ilə böyük tədbirlərin reallaşdırılmasının gömrük sisteminə böyük töhfə verdiyini vurğulayıb: “Biz bilirik ki, ÜGT-nin İT sahəsində ən böyük sərgisi Dubayda keçirilib. Təşkilat elm sahəsində ən miqyalı tədbirlər üçün isə Azərbaycanı seçir. Ölkəmiz dəniz limanlarında gömrük xidmətləri mübadiləsində maraqlıdır. Bizim ümumiyyətlə ümumi maraq doğuracaq işbirliklərimiz çoxdur. Sizin nümayəndə heyətinin Azərbaycanda gömrük işinin təşkili ilə tanışlıqdan sonra tələb və təkliflərə uyğun işimizi qurmaq daha əlverişli olardı. Ölkələrimiz arasında ilk dəfə 2011-ci ildə qarşılıqlı yardım sazişi imzalanıb ki, o sazişi yenidən nəzərdən keçirəcəyik”.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin Dəniz Limanları, Gömrük və Cəbəl Əli Azad Zona Komitəsinin sədri Sultan Əhməd Sultan bin Sulayem də çıxışında BƏƏ-nin Azərbaycanla istər sərnişin, istərəsə də məhsul dövriyyəsi sahəsində uğurlu partnyor olduğunu deyib: “Bakı Şərqlə Qərb arasında strateji mövqeyə malikdir. Bu isə bizim ölkənin də maraqları baxımından fəaliyyətimizə müsbət təsir edir. 2008-ci il böhranından sonra bir çoxları Dubayın sonunun gəldiyini deyirdi. Amma biz ümidliydik ki, 2002-ci ildəki uğurlu göstəricilərə gəlib çata biləcəyik və həqiqətən də biz buna nail olduq. Hzırda Dubayın xarici ticarət dövriyyəsi ötən il 350 milyard dollar təşkil edib. Bu göstərici 2013-cü illə müqayisədə 71 miyard dollar artıqdır. Bu uğurun arxasında gələcəyi görə bilən və ona uyğun addımlr ata bilən bir rəhbərlik dayanır. Eyni sözləri sizin rəhbərlik haqqında da demək olar. On il əvvəl mən Azərbaycanın prezidenti İlham Əliyevlə görüşmüşdüm və onun o vaxt verdiyi proqnozlar indi hamısı özünü doğruldub. İlham Əliyev də ölkə iqtisadiyyatının inkişafı üçün düzgün qərarlar verə bilən liderdir”.

Dubay Əmirliyinin sədri neftdən gələn gəlirlərin ölkə iqtisadiyyatına yönəldilməsi istiqamətində Azərbaycanın böyük uğur qazandığını deyib: “Keçmiş MDB ölkələri arasında Azərbaycan və Qazaxıstan əhalinin alıcılıq qabiliyyətinin artırılması və kasıbçılığın aradan qaldırılması üçün xeyli işlər görüb. Bu isə ölkə rəhbərliyinin düzgün siyasəti sayəsində baş verib.

Dubayda gömrük infrastrukturu gömrük nəzarətinə zərər vurmadan inkişaf etdirilməlidir. Bu işdə əməkdaşlıq çox vacibdir. Biz Bakı ilə əməkdaşlıqda maraqlıyıq. Hazırda Dubay portları 65 limanı idarə edir və biz hazırda gələcəyə yönəlmiş bir layihə üzərində işləyirik. Dəmir yolları ilə bağlı layihələimiz də var. Güman ediriki ki, Azərbaycan da bu layihələrimizin bir hissəsi olacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR