Səsləri parça-parça olan müxalifət namizədləri - SİYAHI
Bizi izləyin

Nida.az

Səsləri parça-parça olan müxalifət namizədləri - SİYAHI

Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxalifət partiyaları da noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin adını açıqlayıb.


Publika.az-ın namizədlərin irəli sürüldüyü dairələr üzrə apardığı araşdırmada müxalifət partiyalarının bir-birinə qarşı mübarizə aparacağı görünür.


Müsavat Partiyasının eks-başqanı İsa Qəmbərin namizəd olduğu 15 saylı Yasamal birinci seçki dairəsindən REAL hüquqşünas Vəfa Rüstəmin, Ədalət Partiyası Yasamal rayon təşkilatının sədri İlqar Əliyevin, AMİP partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayevin, Ümid Partiyası isə İcra Aparatının rəhbəri Taleh Əliyevin namizədliyini irəli sürüb.

Göründüyü kimi, bu dairədə müxalifətin namizədləri YAP-ın namizədi ilə yanaşı bir-biri ilə də mübarizə aparmalı olacaq.


43 saylı Sumqayıt üçüncü seçki dairəsində də müxalifətin güclü rəqibləri üz-üzə gələcək. Belə ki, bu dairədə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat üzvü, sabiq deputat İkram İsrafil, REAL üzvü, iqtisadi elmlər magistrı Kənan Məkanlı mübarizə aparacaq.


9 saylı Binəqədi ikinci seçki dairəsində də mənzərə qarışıqdır. Müsavat bu dairədən Nemət Kərimlini, “Azadlıq-2015” BAP sədri Elşad Musayevi, AMİP Siyasi Şuranın üzvü Əli Orucovu, REAL isə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlini namizəd göstərib.


AMİP sədri Yusif Bağırzadənin namizəd olduğu 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsində vəziyyət bir qədər yaxşıdır. Belə ki, Ümid Partiyasından başqa digər partiyalar bu dairədən namizəd göstərməyib. AMİP də müxalifətdən təkcə Ümid Partiyasının namizədi Emin Abbasovla üz-üzə gəlməli olacaq.


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Azadlıq-2015” seçki blokunun namizədi kimi 63 saylı Sabirabad birinci seçki dairəsindən mandat uğrunda yarışa qoşulacaq. Müsavat, AMİP, ADP, Ədalət Partiyaları və REAL Hərəkatı bu dairədən namizəd verməyib.
P. Hüseynlə müxalifətdən yalnız Ümid Partiyasının Əslan Əliyev adlı şəxs mübarizə aparacaq.


REAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli namizədliyini 16 Saylı Yasamal ikinci seçki dairəsindən irəli sürüb. Müsavat, ADP, AMİP bu dairədən namizədliyini verməyib. Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli, “Azadlıq-2015” seçki blokundan KXCP üzvü Nisəxanım Vəliyeva, Ümid Partiyasından Etimad Əsədov 16 saylı dairədən deputatlığa iddialıdırlar.


Ədalət Partiyasının sədri İlyas İsmayılov isə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürüb. Heç bir müxalifət partiyası bu dairədən namizəd irəli sürməyəcək. Yalnız REAL 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən NİDA Vətəndaş Hərəkatının İH üzvü Nicat Əmiraslanovu dəstəkləyəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm