Hacı Madər də deputatlığa namizəd oldu
Bizi izləyin

Nida.az

Hacı Madər də deputatlığa namizəd oldu

Milli Məclisin bitərəf deputatı Hacı Madər Musayev bu il noyabrın 1-nə təyin olunan növbəti parlament seçkilərinə namizədliyini irəli sürüb.

Bu barədə Publika.az-a Hacı Madər Musayev özü məlumat verib.

Namizədliyini 10 saylı Binəqədi üçüncü seçki dairəsindən irəli sürdüyünü deyən Hacı Madər Musayev sözügedən ərazidən lazımi dəstəyi alacağına əminliyini bildirib: “Mən müstəqil adamam, namizədliyimi də müstəqil formada irəli sürmüşəm. YAP da bu dairədən namizəd irəli sürübsə, yaxşı edib. Mənim doğma kəndim də bu dairədə yerləşir. Yəqin ki, Allahın köməyi ilə seçicilər də mənə etimad göstərərlər. Göstərməsələr belə, mən onlara heç bir söz deyə bilmərəm, bu, onların öz seçimlərdir”.

Xatırladaq ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyası (YAP) Samirə Həsənovanın namizədliyini irəli sürüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm